İsrail Qəzzada daha 3 əsgərinin öldürüldüyünü açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusu rəqəmləri açıqlayıb.
Verilən yazılı açıqlamada Qəzza zolağının şimalında baş verən qarşıdurmada 931-ci Batalyon Nahal Briqadasından çavuş Lavi Qasinin (19) şəhid olduğu bildirilib.
Açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda Gefen batalyonundan leytenant Yaacov Elian (20) və eyni batalyondan leytenant Omri Şvartsın (21) şəhid olduğu qeyd edilib.
İsrail ordusu açıqlamasında Qəzzada baş verən qarşıdurmalarda 8 əsgərinin ağır yaralandığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına hücuma başladığı oktyabrın 7-dən bu yana şəhid olan İsrail əsgərlərinin sayı 469-a yüksəlib, onlardan 137-si Qəzzada qarşıdurma olub.
Mikayıl