Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, təbii fəlakət Türkiyə vaxtı ilə saat 19:37-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 7 kilometr olub.