Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı
MANŞET
13:53 28.01.2025
938
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub.

AZXEBER.COM bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.

Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.

Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) "Dövlət borcu haqqında” qanuna uyğun olaraq "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran hərbi gəmiləri Bakı limanını tərk edib
12:13 18.10.2025
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Bakıda inşa olunan yeni yol belə olacaq - VİDEO
12:10 18.10.2025
Bakıda inşa olunan yeni yol belə olacaq - VİDEO
Böyük asteroid Ayla toqquşdu
12:08 18.10.2025
Böyük asteroid Ayla toqquşdu
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək
12:02 18.10.2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
11:51 18.10.2025
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
11:43 18.10.2025
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
11:32 18.10.2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
11:24 18.10.2025
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır