Nazir: “Tramp Marşrutu” Azərbaycanla Türkiyə əlaqələrinin daha güclü səhifəsini yazır

Nazir: “Tramp Marşrutu” Azərbaycanla Türkiyə əlaqələrinin daha güclü səhifəsini yazır
MANŞET
15:28 04.09.2025
1710
İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.

Energetika Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Forumun açılışında çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir. Nazir vurğulayıb ki, "bir millət, iki dövlət” prinsiplərinə əsaslanan və dövlət başçılarının qarşılıqlı inam və güvənlə həyata keçirdiyi siyasət Azərbaycan-Türkiyə münasibətlərini tarixdə misli görünməmiş səviyyəyə yüksəldərək bütün enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib.

Bildirilib ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.

Energetika naziri deyib: "Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi gücləndirən yeni mərhələyə daxil olub. "İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin "Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, "yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır”.

Qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də "yaşıl enerji”nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrutdur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin "yaşıl enerji”nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı, "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorunun da icrasından bəhs edilib.

Çıxışda türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələrinə də toxunulub. Forumun, karbohidrogenlərdən mədənçiliyə, bərpa olunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələri əhatə edən əməkdaşlığı təşviq etməklə, Azərbaycan-Türkiyə enerji birliyinin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdiyi qeyd olunub.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verir. Türkiyə və Azərbaycan güclü infrastrukturu və köklü əlaqələri ilə həm regional təchizat təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək.

Açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də çıxış edərək iki ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29 təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən danışıb.

Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Həmçinin enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb. Yekunda "Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu” imzalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib