Qızıl daha da bahalaşacaq – Qiymət bu həddə çata bilər

Qızıl daha da bahalaşacaq – Qiymət bu həddə çata bilər
MANŞET
12:55 19.08.2026
159

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti azalıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,39% azalaraq 4 403,2 ABŞ dollarına enib.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,74% azalaraq 62,92 dollar təşkil edib.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, qızılın qiymətində gündəlik eniş və artımların ciddi əhəmiyyəti yoxdur:


"20 gün əvvəl qiymətlər, əksinə, xeyli artmışdı. Üç gün əvvəl isə qiymətlər bir qədər aşağı düşüb. Qızıl və gümüş bazarı dünyada baş verən geosiyasi gərginliklərə çox həssas reaksiya verir. Ona görə də gündəlik eniş və artımların o qədər də böyük əhəmiyyəti yoxdur. Qiymətlərə aylıq, rüblük, yarımillik və illik dinamika üzrə baxmaq lazımdır”, – deyə iqtisadçı bildirib.

O qeyd edib ki, qarşıdakı dövrdə qızılın qiymətində yenidən artım müşahidə oluna bilər:

"İndiki tendensiya göstərir ki, bir müddət sonra qızılın qiymətində artım müşahidə oluna bilər. Belə ki, qızılın bir unsiyası 3 700–3 800 dollaradək düşmüşdü, amma hazırda 4 400 dollar civarındadır. Yəni bundan sonra da artım tendensiyasının davam etməsi mümkündür”, – N.Cəfərli vurğulayıb.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR