Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”

Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
SİYASƏT
13:10 25.11.2026
43
"Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmət, açıq siyasi dialoq və ortaq maraqların təşviqi əsasında formalaşıb. Bu münasibətlər iki ölkə arasında mövcud olan dostluq əlaqələrini də əks etdirir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədə və intensiv xarakter daşıyır. O, bu çərçivədə Azərbaycan Prezidentinin Litvaya, Litva Prezidenti Gitanas Nausedanın isə Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında müsbət siyasi təmasların inkişafına mühüm töhfə verir.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR