Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”

Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
SİYASƏT
13:29 25.11.2026
42
"Litva gələn il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyə başlayacaq. Bu çərçivədə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı, xüsusilə viza rejiminin sadələşdirilməsi istiqamətində konkret nəticələrin əldə olunması diqqət mərkəzində olacaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Litvanın sədrliyi dövründə həm Avropa İttifaqına üzv 27 ölkə arasında həll yollarının tapılmasına, həm də İttifaqın tərəfdaşları ilə münasibətlərinin inkişafına dəstək göstəriləcək.

O, Azərbaycanla əməkdaşlıqda nəticə əldə etmək istədikləri istiqamətlərdən birinin viza prosedurlarının sadələşdirilməsi olduğunu vurğulayıb:

"Biz yalnız müzakirələrə başlamaqla kifayətlənməməli, hər iki tərəfdə müvafiq hüquqi proseslərə də start verməliyik. İnanıram ki, səfərlər üçün daha əlverişli şəraitin yaradılması və təmasların artması qarşılıqlı anlaşmanı gücləndirəcək, ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Budris əlavə edib ki, Azərbaycanla münasibətlərdə razılaşdırılmalı olan digər prioritet istiqamətlər də mövcuddur.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR