Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”

Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
SİYASƏT
13:23 25.11.2026
39
"Litva ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə yüksəlib. İndi bu imkandan istifadə edərək həm ikitərəfli əlaqələri, həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri daha da inkişaf etdirmək lazımdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş olduqca faydalı, məhsuldar və maraqlı olub.

Budris qeyd edib ki, 25 il əvvəl Xəzər regionuna, eləcə də Avrasiya qitəsinin gələcəyinə xüsusi maraq göstərib. Həmin dövrdə enerji resursları və yeni nəqliyyat marşrutlarının əhəmiyyəti diqqət mərkəzində olub.

Nazirin sözlərinə görə, artıq Azərbaycanın regionu birləşdirən əsas ölkə olacağı aydın görünür:

"Azərbaycan Mərkəzi Asiyanı, Cənubi Qafqazı birləşdirərək bütün yüklərin Avropaya çatdırılmasında və Avropa İttifaqına kömək edilməsində mühüm rol oynayacaq. Bu, həmçinin Avropa İttifaqının, o cümlədən gələcək üzvlərinin Rusiyadan idxaldan asılılığını azaltmasına və alternativ mənbələr tapmasına imkan yaradacaq”.

O vurğulayıb ki, Azərbaycanın strateji əhəmiyyəti yalnız enerji və nəqliyyat məsələləri ilə məhdudlaşmır.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR