Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI

Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
MANŞET
16:26 24.07.2026
414

Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal bankçılığın inkişafı ilə yanaşı, sosial şəbəkələr bankların müştərilərlə ünsiyyət qurduğu əsas platformalardan birinə çevrilib.


Banklar məhsul və xidmətlərini tanıtmaq, kampaniyalarını təqdim etmək və müştərilərlə əlaqələri gücləndirmək üçün əsasən "Instagram”, "Facebook” və "TikTok” platformalarından aktiv istifadə edirlər.

Bir çox bank ənənəvi media vasitəsilə də məhsul və xidmətlərini təqdim etsə də, sosial şəbəkələrdə zəif aktivlik nümayiş etdirənlər də az deyil.
 
"Facebook” sosial şəbəkəsi 2004-cü ildən fəaliyyət göstərsə də, Azərbaycan dili bu platformaya 2009-cu ildə əlavə edilib. Beləliklə, "Facebook” artıq 22, Azərbaycan dilində isə 17 ildir istifadəçilərin ixtiyarındadır.

"Meta”nın daha bir məşhur platforması olan "Instagram” isə 2010-cu ildə istifadəyə verilib və hazırda 16 ildir fəaliyyət göstərir.

AZXEBER.COM Azərbaycanda fəaliyyət göstərən bankların sosial şəbəkələrdəki izləyici sayını platformaların yaranma tarixinə uyğun ardıcıllıqla – ilk olaraq "Facebook”, daha sonra "Instagram” və sonda "TikTok” üzrə sıralayıb. Yazıda sıralama sosial şəbəkələrdə izləyici sayının çoxdan aza istiqaməti ilə hazırlanıb. 

Kapital Bank
Kapital Bankın "Facebook” səhifəsinin 519 min izləyicisi var. "Instagram” hesabında 212 min izləyici və 2322 paylaşım mövcuddur. "TikTok” hesabını 5 994 nəfər izləyir, ümumi bəyənmə sayı isə 43 mindir.

Bank of Baku
Bank of Baku-nun "Facebook” səhifəsini 394 min istifadəçi izləyir. "Instagram” hesabında 98,8 min izləyici və 2761 paylaşım var. "TikTok” hesabını 74,2 min nəfər izləyir, ümumi bəyənmə sayı isə 847 mindir. Bank sosial şəbəkələrdə gələn suallara və təkliflərə operativ reaksiya verməsi ilə seçilir.

Unibank
Unibankın "Facebook” səhifəsində 358 min izləyici var. "Instagram” hesabında 126 min izləyici və 3079 paylaşım mövcuddur. "TikTok” hesabını 20,5 min nəfər izləyir, ümumi bəyənmə sayı 104,8 mindir. "Unibank” sosial mediaya xüsusi diqqət ayıran banklar sırasında yer alır.

ABB (Azərbaycan Beynəlxalq Bankı)
ABB-nin "Facebook” səhifəsini 233 min istifadəçi izləyir. "Instagram” hesabında 175 min izləyici və 3684 paylaşım var. "TikTok” hesabını 107,2 min nəfər izləyir, ümumi bəyənmə sayı isə 1,3 milyondur. Bankın rəsmi məlumatına görə, ABB-nin xidmət göstərdiyi fiziki şəxslərin sayı 3 milyondan artıq, hüquqi şəxslərin sayı isə 43 mindən çoxdur. Banklar arasında ən böyük ikinci müştəri bazasına sahib olmasına baxmayaraq, ABB izləyici sayına görə üç bankdan geridə qalır.

Yelo Bank
Yelo Bankın "Facebook” səhifəsinin 164 min izləyicisi var. "Instagram” hesabında 179 min izləyici və 1570 paylaşım mövcuddur. "TikTok” hesabını 93,3 min nəfər izləyir, ümumi bəyənmə sayı isə 753,8 mindir. Bank 2020-ci ildə rebrendinq edərək fəaliyyətini "Yelo Bank” adı ilə davam etdirdikdən sonra sosial şəbəkələrlə iş istiqamətində yeni trendlər yaradıb. Bank təkcə məhsul təqdimatı ilə deyil, sorğulara operativ cavab verməsi ilə də seçilir.

Rabitəbank
Rabitəbankın "Facebook” səhifəsini 148 min istifadəçi izləyir. "Instagram” hesabında 110 min izləyici və 2624 paylaşım var. "TikTok” hesabını 55,6 min nəfər izləyir, ümumi bəyənmə sayı isə 153,4 mindir.

Azər-Türk Bank
Azər-Türk Bankın "Facebook” səhifəsini 145 min nəfər izləyir. "Instagram” hesabında 39,2 min izləyici və 639 paylaşım var. "TikTok” hesabını isə 173 nəfər izləyir, ümumi bəyənmə sayı 1753-dür.
Bankın sosial şəbəkə hesabları aktivliyi ilə seçilir və səhifələrdə tez-tez yenilənmələr müşahidə edilir.

AccessBank
AccessBankın "Facebook” səhifəsinin 132 min izləyicisi var. "Instagram” hesabında 44,5 min izləyici və 1924 paylaşım mövcuddur. "TikTok” hesabını 34,2 min nəfər izləyir, ümumi bəyənmə sayı 273,7 mindir. "Access Bank” sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilir və bu platformalar üçün müxtəlif multimedia layihələri həyata keçirir. Xüsusilə müştərilərin ən çox ünvanladığı sualları "podcast” tipli layihələrlə cavablandırır.

Bank Respublika
Bank Respublikanın "Facebook” səhifəsinin 130 min izləyicisi var. "Instagram” hesabında 41,2 min izləyici və 1670 paylaşım mövcuddur. Bank yenilikləri mütəmadi olaraq sosial media hesablarında təqdim edir. Müştərilərin suallarını və təkliflərini operativ şəkildə cavablandırır.

Yapı Kredi Bank Azərbaycan
Yapı Kredi Bank Azərbaycanın "Facebook” səhifəsini 116 min istifadəçi izləyir. "Instagram” hesabında 14,1 min izləyici və 1358 paylaşım var. Bankın "TikTok” hesabı yoxdur.

Premium Bank
Premium Bankın "Facebook” səhifəsinin 114 min izləyicisi var. "Instagram” hesabında 34,3 min izləyici və 1772 paylaşım mövcuddur. "TikTok” hesabını 4846 nəfər izləyir, ümumi bəyənmə sayı isə 4616-dır.

Expressbank
Expressbankın "Facebook” səhifəsini 111 min istifadəçi izləyir. "Instagram” hesabında 76,3 min izləyici və 2509 paylaşım var. "TikTok” hesabını 26,4 min nəfər izləyir, ümumi bəyənmə sayı 161,8 mindir.

TuranBank
TuranBankın "Facebook” səhifəsini 56 min istifadəçi izləyir. "Instagram” hesabında 29,6 min izləyici və 1164 paylaşım var.

Azərbaycan Sənaye Bankı (ASB Bank)
ASB Bankın "Facebook” səhifəsini 55 min istifadəçi izləyir. "Instagram” hesabında 6345 izləyici və 1662 paylaşım mövcuddur. Bankın "TikTok” hesabı yoxdur.

Xalq Bank
Xalq Bankın "Facebook” səhifəsini 40 min istifadəçi izləyir. "Instagram” hesabında 38,7 min izləyici və 1060 paylaşım var. Bankın "TikTok” hesabı yoxdur.

VTB Bank (Azərbaycan)
VTB Bank (Azərbaycan)ın "Facebook” səhifəsinin 32 min izləyicisi var. "Instagram” hesabında 42,1 min izləyici və 1999 paylaşım mövcuddur. "TikTok” hesabını 40,5 min nəfər izləyir, ümumi bəyənmə sayı isə 150,5 mindir.

PAŞA Bank
PAŞA Bankın "Facebook” səhifəsini 24 min istifadəçi izləyir. "Instagram” hesabında 62,8 min izləyici və 1981 paylaşım var. "TikTok” hesabını 8468 nəfər izləyir, ümumi bəyənmə sayı 79,7 mindir.

AFB Bank
AFB Bankın "Facebook” səhifəsinin 19 min izləyicisi var. "Instagram” hesabında 20,4 min izləyici və 838 paylaşım mövcuddur. "TikTok” hesabını 9086 nəfər izləyir, ümumi bəyənmə sayı 82 mindir.

Ziraat Bank Azərbaycan
"Ziraat Bank Azərbaycan”ın "Facebook” səhifəsi yoxdur.

Bank Avrasiya
Bank Avrasiyanın "Facebook” səhifəsini 71 min istifadəçi izləyir. "Instagram” hesabında 9531 izləyici və 217 paylaşım mövcuddur. "TikTok” hesabı yoxdur.

Şəhanə Ziyad

 

OXŞAR XƏBƏRLƏR