Bakıda 14 yaşlı qız itkin düşüb.
Hadisə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllədə baş verib.
2011-ci il təvəllüdlü Lətifə Orxan qızı Abasova iyunun 6-da yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.
Məlumata görə, L.Abasova orta məktəbin 8-ci sinif şagirdi olub.
Faktla bağlı Yasamal Rayon Polis İdarənin 26-cı Polis Bölməsində araşdırma aparılır.
/Oxu.Az