Gəncədə qəza oldu - Xəsarət alan var

Gəncədə qəza oldu - Xəsarət alan var
HADİSƏ
23:50 16.07.2025
634
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza Nizami Gəncəvi prospektində, Gəncəçay üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KIA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı məhəccərlərə çırpılıb.

Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR