Kəlbəcərdə yanğın başlayıb

Kəlbəcərdə yanğın başlayıb
HADİSƏ
12:20 29.11.2025
123
Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR