Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. AZXEBER.COM bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Kırıkhan rayonunda qeydə alınıb. Yeraltı təkanların ocağı 9,27 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.