Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
SOSİAL
18:59 09.07.2026
328
İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR