Bu dörd bürc üçün maliyyə baxımından uğurlu dövr başlayır
MARAQLI
20:48 09.07.2026
162
Astroloji təqvimə əsasən, Venera iyulun 9-da Qız bürcünə keçəcək və 2026-cı il avqustun 6-dək bu bürcdə hərəkət edəcək.
Astroloqların fikrincə, Veneranın Qız bürcünə keçidindən xüsusilə dörd bürc müsbət təsirlər ala bilər:
Qız bürcü – Bu bürcdə olanlar üçün iş və maliyyə sahəsində yeni imkanların yaranacağı, uzun müddətli zəhmətin nəticələrinin görünə biləcəyi proqnozlaşdırılır.
Buğa bürcü – Buğaların bacarıqlarını gəlir mənbəyinə çevirmək, yeni qazanc yolları tapmaq və maliyyə baxımından irəliləmək üçün əlverişli dövr yaşayacağı bildirilir.
Oğlaq bürcü – Karyera sahəsində atılan planlı addımların gəlir artımına səbəb ola biləcəyi, yüksəliş və yeni iş əlaqələri üçün fürsətlər yarana biləcəyi vurğulanır.
Xərçəng bürcü – Yeni əməkdaşlıqlar, gözlənilən ödənişlər və əlavə qazanc imkanlarının bu bürc üçün diqqət çəkə biləcəyi qeyd edilir. /Demokrat.az