İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AZXEBER.COM xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin episentri Kirmanşah əyalətində yerləşib. Yeraltı təkanlar yerli vaxtla səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırmaları davam edir.