Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...

Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
SİYASƏT
17:13 27.10.2026
243

İran hakimiyyət orqanları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarına təhsil verəcəkmişlər. Onların öz ölkəsindəki qızlara verdiyi təhsili lap yaxşı görürük. 1979-cu il inqilabında fədakarlıqla iştirak edən Azərbaycan türklərinə heç olmasa ölkə Konstitusiyasının 15-ci maddəsinə əsasən, ana dilində təhsil hüququnu belə, tanımırlar, Azərbaycan Respublikasının qızlarına təhsil təklif edirlər. Haqlı olaraq soruşulur: dediyiniz təhsili hansı dildə vermək niyyətindəsiniz, fars dilində? Milyonlarla insanın beyninin "yuyulması”ndan gözləriniz doymayıb, indi də Arazın bu tayına müdaxilə edirsiniz?!

Ölkə ən pis ssenarilərə hazırlaşır - Məhəmməd Rza Arif - TurkicWorld

Hətta absurdluq o həddə çatıb ki, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif azərbaycanlı məktəbli qızlarla bağlı fərman verib. Bu addımı soyadı ilə kəskin ziddiyyət təşkil edən Arif, azərbaycanlı məktəblilərin İranda təhsilinə davam etdirə biləcəklərini deyib. İran rəsmisi Azərbaycandakı ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini "təhsildən məhrumetmə” kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərait yaradılmasını təklif edib. "İranın Elmlər Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram. Hörmətli səhiyyə və təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm”-Arif "X” platformasında yazıb.

Bundan bir neçə gün əvvəl İranın elm və təhsil naziri Hüseyn Simayi Sərraf da oxşar təkliflə çıxış etmişdi.

Azərbaycanın Elm və Təhsil Nazirliyi Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı sərt reaksiya verib. Nazirlik vurğulayıb ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur: "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır. İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar”.

FILE - Iranians protest the death of Mahsa Amini, 22, after she was detained by the morality police, in Tehran, Sept. 20, 2022, in this photo taken by an individual not employed by The Associated Press and obtained by the AP outside Iran.

Yəni yumşaq şəkildə dərs verilib İran rəsmilərinə…

Bundan əlavə, 55 QHT İran prezidenti Məsud Pezeşkiana müraciət edərək, İranda və Güney Azərbaycandakı 40 milyondan artıq azərbaycanlıya ana dilində təhsil almaq üçün şərait yaradılmasını istəyib. Əslində, QHT-lərimiz müraciət edərkən gərək fars şovinistlərinin İran prezidentinə hətta ana dilində Şəhriyardan şeir söyləməsinə imkan verməmələrini, Türk dövlətlərinin tədbirində öz övladına "Zəhra, gəl bura” deyə, ana dilində danışmasını sinirə bilməmələrini nəzərə alaydılar. Rejim mənsubları hətta ölkə başçısına mənsub olduğu xalqın dilində, anasının dilində danışmasını irad tutub, üstünə cumurlarsa, belə olduğu halda, Məsud Pezeşkian nəsə bir addım ata bilərmi? Hələ seçilməmişdən öncə Azərbaycan türklərinə ana dilində təhsil hüququ veriləcəyi barədə vəd eləmiş bir şəxs nə qədər çətin durumla üz-üzə qalıb, bunu çoxlarımız bilirik.

Ölkəni, 100 milyonluq xalqı barmağına dolayan rejimin əsas güc mərkəzləri bu ölkəni bəlalardan xilas etmək üçün fədakarlıq edən prezidenti də hər an aradan götürməyə hazır görünürlər. Bu ölkədə prezidentin hökmü olsaydı, Azərbaycanın daxili işlərinə qarışan Arif də Saralın taleyini yaşayardı…

İranda ana dilində təhsil almayan Azərbaycan türkü - buna laqeyd qalan ali rəhbər - ŞƏRH

Amma istənilən halda, Güney Azərbaycanda, İranda yaşayan 40 milyondan artıq azərbaycanlının hüquqları ilə bağlı etiraz səsinin ucaldılması vacib addımlardandır və bu, beynəlxalq miqyas almalıdır.
Yeri gəlmişkən, son həftələrdə Azərbaycanın daxili işlərinə qarışan Türkiyədəki bəzi dairələr də üzlərini İranda haqqı-hüququ addımbaşı pozulan on milyonlarla Azərbaycan türkünə sarı çevirəydi kaş ki…Orda azərbaycanlılar digər vətəndaşlar kimi məcburən, ölüm təhdidi altında hicab geyinir, geyinməyənlərin də axırı 2022-ci ilin sentyabrında "əxlaq polisi” tərəfindən "uyğunsuz hicab” ittihamı ilə saxlanılan döyülərək öldürülən, meyiti belə uzun müddət ailəsinə verilməyən 22 yaşlı Məhsa Əmini kimi olur…

Amma hicablı qızlar, xanımlar on illərdir "Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!”, "Haray, haray, mən türkəm!”- desələr də, səsləri eşidilməz qalıb. İndi görək hansı daha narahatedici məsələdir: Azərbaycanda qızların vahid məktəbli geyimində dərsə getmələri, yoxsa İranda on milyonlarla qızların doğma türk dilində təhsil almaq hüququndan məhrum edilmələri?.. 2022-ci ilin 11 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı çox vacib mövzulara toxunmuşdu. Bildirmişdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Məhsa Əmininin əmisi saxlanıldı | Modern.az

Sitat: "Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - dövlətimizin başçısı qeyd etmişdi.

Təbii ki, söhbət cənubda yaşayan soydaşlarımızdan gedir. Xüsusən də Türk Dövlətlər Təşkilatının Ankara Zirvəsi ərəfəsində İranın növbəti dəfə Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi elə bütövlükdə Türk dövlətlərinə qarşı sayğısızlıqdır. Yeri gəlmişkən, İran diplomatı bu günlərdə hətta Səmərqəndə iddia etdi, bununla da bir türk şəhərini farslaşdırmağa, iranlaşdırmağa çalışdı…Absurd iddialar bitmir ki…

Türküstan zirvəsi: Türk Dövlətləri yeni proses başlatdı

Bu mənada TDT-nin qarşıdakı Zirvəsində dövlətlərimizin daxili işlərinə müdaxilə cəhdlərinə tutarlı cavabla yanaşı, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir türkün ana dilində təhsil almaq hüququnun olması barədə prinsipial mövqe ortaya qoyularsa, bu, İran rejiminə də xəbərdarlıq olar.
İrandakı bir çox səlahiyyət sahibləri reallıq hissindən çox-çox uzaqdırlar. Onlar dost və düşmənlərini ayıra bilmirlər. Ölkə bu gün "hər an” növbəti dəfə dəhşətli müharibə ilə üz-üzə qala bilər, ABŞ və İsrailin təhdidləri bitmir, amma

İran daxili problemləri ilə məşğul olmaqdansa, öz ərazisindən İrana qarşı istifadəyə imkan verməyən qonşusunun məktəblərinə başını, burnunu soxur. Sən ərazindəki qızlar məktəbini belə, müdafiə edə bilmədin, 200-dək günahsız qız məktəbli raket zərbələrinin qurbanı oldu, indi Azərbaycan Respublikasındakı qızlara "təhlükəsiz” təhsil hüququ iddiası ilə çıxış edirsən?! Onları İrana dəvət etməkdə niyyətin nədir? Qum dərsləri keçmək, yoxsa günün birində saçının ucu göründüyü üçün edam kürsüsünə çıxartmaq?! Ən doğru qərar bu olardı ki, İranın alət kimi istifadə etmək istədiyi hicablı qızlarımız nümayişkəranə şəkildə hicablarını çıxarıb, doğma vətəndə dünyəvi təhsillərini davam etdirsinlər, necə ki, bir çoxları məhz bu yolu haqlı olaraq seçdilər, düşmənləri sevindirmədilər.

"İran qadınların cəhənnəminə çevrilib&quot...

İran sosial-iqtisadi problemlər məngənəsində boğulur, hətta prezident özü də vəziyyətin kritikliyini etiraf edir. Artıq ərzaq problemləri yaşanır bu qədər yeraltı sərvətlərin olduğu ölkədə. Amma ölkə vətəndaşlarını normal qidalandıra bilməyənlər Azərbaycan məktəbliləri üçün "fərman” verirlər. Adama deyən gərək: gedin, işinizlə məğul olun, şərinizi bizdən uzaq eləyin!

Yeri gəlmişkən, abırsızcasına "Ermənistanda hicab qadağası yoxdur”, iddiası ilə çıxış edənlər var idi e, onlar nə deyirlər bu məsələlərə? İranda da hicab qadağası yoxdur, amma 100 min erməninin ana dilində məktəbləri, qəzet-jurnalları, kəsəsi, öz aləmləri var. Amma hicablı Azərbaycan qızları türk dilində yazıb-oxumaqdan məhrumdurlar. Bəlkə səslərini çıxarsınlar, etiraz etsinlər, türk həmrəyliyi göstərsinlər… Amma yox, onlara fitnə-fel verənlərdən biri də elə İranın fərman verənləri idi, yaxşı bilirik.

Elşad Paşasoy,
"Yeni Müsavat"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR