Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE
SİYASƏT
13:24 27.10.2026
471
Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

AZXEBER.COM xəbər verir ki, o, 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib. İyulun 23-də ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Penitensiar xidmətə rəis təyin edilib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR