Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı
SOSİAL
10:17 26.07.2026
155
Bakıda evdə bir nəfərin meyiti aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR