Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi

Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
DÜNYA
08:56 27.10.2026
112
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə aparılan yenidənqurma işlərini restoranla müqayisə edən sabiq prezident Barak Obamanı sərt tənqid edib.

Bu barədə "New York Post” qəzeti məlumat yayıb.

Tramp jurnalistlərə açıqlamasında Obamanın Ağ Evdəki dəyişiklikləri "Cheesecake Factory” restoranlar şəbəkəsinə bənzətməsinə münasibət bildirib.

"Onun buranı ‘Cheesecake Factory’ adlandırması sadəcə nə üçün bərbad prezident olduğunu göstərir”, – Tramp deyib.

ABŞ lideri vurğulayıb ki, Ağ Ev ölkənin simvoludur və buna görə də lazımi səviyyədə saxlanılmalıdır.

Qeyd edək ki, Tramp prezident iqamətgahında genişmiqyaslı yenidənqurma işləri həyata keçirir.

Onun təşəbbüsü ilə Ağ Evin Şərq qanadının yerində dəyəri 200 milyon dollardan çox olan böyük ziyafət zalının tikintisinə başlanılıb.

Bundan başqa, Ağ Evin Qızılgül bağında qazon örtüyü götürülərək rəqs meydançası üçün döşəmə salınıb, bəzi otaqların interyerində dəyişikliklər edilib.

///teleqraf///
OXŞAR XƏBƏRLƏR