Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,27 dollar və ya 3,58% artaraq 94,58 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91,31 ABŞ dolları təşkil edib.