21 yaşlı bomj Bakıda bomba həyəcanı yaşatdı

MARAQLI
13:35 25.03.2011
2060
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 24-də saat 12:15-də naməlum şəxs "102 Zəng Mərkəzi"nə taksofondan zəng edərək "Nərimanova bomba qoyulub" deyərək dəstəyi asıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş daimi yaşayış yeri olmayan, 21 yaşlı Orxan Həbillahov müəyyən edilərək saxlanılıb.

OXŞAR XƏBƏRLƏR