"25 ən pis parol" açıqlandı

İQTİSADİYYAT
13:08 21.01.2014
2657

“SplashData” şirkəti "25 ən pis parol" illik reytinqini yeniləyib. Reytinqə əsasən, 2013-cü ildə "123456" kombinasiyası ən populyar parol olub.

AZXEBER.COM İCTnews-a istinadən xəbər verir ki, 2011-ci ildən etibarən tərtib edilən reytinqdə "123456" parolu ilk dəfə olaraq birinci yerdə qərarlaşıb. Bundan əvvəl "password" sözü lider olub, lakin 2013-cü ildə o, ikinci yerə yuvarlanıb.Reytinqdə yer almış 25 paroldan 10-u rəqəmlərin kombinasiyasıdır (məsələn, "123456789" və ya "111111"). Daha dörd parol hərf və rəqəmlərdən (məsələn, "abc123") ibarətdir.Digər 11 parol lüğət sözləri ("admin", "monkey", "princess"), söz birləşmələri ("iloveyou", "letmein") və klaviaturadakı klavişlərin ardıcıllığıdır ("qwerty", "azerty").

Qeyd edək ki, “SplashData” parollar reytinqi internetdə yayımlanmış ələ keçirilmiş parol siyahıları əsasında tərtib edilir.

OXŞAR XƏBƏRLƏR