Şamaxı rayonunda intihara cəhd edilib.
Hadisə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Qurbanova Aynur Abdulbağı qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etmək istəyib. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onun intihar etməsinə mane olublar və kəndiri boğazından çıxarıblar.
Aynur Qurbanova boğulduğu üçün huşsuz vəziyyətdə yerə yıxılıb. Komaya düşən 26 yaşlı qız təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.