Gün ərzində 3-dən çox seans təqdim olunacaq.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycanın ən böyük, premium səviyyəli kinoteatrı “28 cinema” kinoseverlərə daha bir xoş yenilik təqdim edir. Kinoteatr bundan sonra mütəmadi olaraq türk filmlərinin və Hollivud filmlərinin türk dilində nümayişinə başlayır. Gün ərzində 3-dən çox seans seyrcilərə təqdim olunacaq.
Kinoteatr artıq aprel ayına qədər seansların təqvimini və saatlarını təqdim edib. Belə ki, fevral ayın 18-dən “CM101MMXI FUNDAMENTALS”, ayın 22-dən etibarən isə “Celal ilə Ceren”, kimi başqa filmləri izləmək olacaq.
Qeyd edək ki, seansların təqvimi, vaxtları və digər xəbərlər haqqında daha ətraflı məlumat əldə etmək üçün kinoteatrın 28cinema.az rəsmi internet səhifəsindən və ya fb.com/28Cinema facebook səhifəsindən əldə etmək olar.