3 nəfər birləşərək 21 yaşlı qızı zorladı

DÜNYA
17:18 07.01.2013
2336
Hindistanın paytaxtı Dehli yaxınlığında tükürpədici hadisə baş verib. 21 yaşlı fabrik işçisini 3 nəfər zorlayıb. Qızın valideynləri onun itməsi barədə yanvarın 4-də polisə müraciət edib. Lakin polis əməkdaşları bu müraciətə qeyri-ciddi yanaşıb.Qızı yanvarın 5-də yol qırağında tapıblar.NDTV məlumat verir ki, polis 7 saat ərzində məsələ ilə bağlı heç bir tədbir görməyib. Nəticədə 4 polis işdən azad edilib, onların rəisləri isə başqa vəzifəyə keçirilib.Yanvarın 6-da zorlanma faktı ilə bağlı 2 nəfər saxlanılıb. Nareş Yadav və Kaylaş Yadav saxlanılsa da, Uday Yadav adlı şəxs axtarışdadır. Zorlanan qız Udayın ona bir neçə dəfə sataşmaq istədiyini deyib. Qızın valideynləri isə iddia edir ki, həmin şəxs 4 il bundan qabaq zorla onların evlərinə soxulmağa cəhd edibmiş.“Hindustan Times” isə polisə istinadən yazır ki, hadisənin təşəbbüskarı Nareş Yadav olubmuş. O, zorlanan qızla bir fabrikdə işləyib və onu yaxşı tanıyıb. O, guya qızla evlənmək istədiyini deyib. Lakin sonradan qız onun evli olduğunu öyrənib və polisə müraciət edəcəyini bildirib. Elə bundan sonra Nareş qızı öldürmək qərarına gəlib. Dostları da ona könək ediblər.

OXŞAR XƏBƏRLƏR