"30 kq arıqladım, ayaqlarım tutuldu"- Koronavirusdan dörd aya sağalan diaspor rəhbəri

SAĞLAMLIQ
13:52 27.06.2020
1580
COVİD-19-a yoluxduğum müddətdə düz 30 kiloqram arıqladım, ayaqlarım tutuldu.

Bu sözləri Publika.az-a müsahibəsində Fransadakı türk diasporunun rəhbəri Engin Akgürbüz deyib.

"11 martda anladım ki, xəstəyəm, və evi karantinə aldım. Qorxdum ki, başqalarını da yoluxduraram. Həkim dostuma zəng vurdum. O da tez-tez qızdırmam olub-olmadığını, halsızlıq və öskürəyi soruşurdu. Bütün bu simptomlara yox cavabı eşitdikcə, Engin abi, sən xəstə deyilsən, evdə qala bilərsən deyirdi. Bu durum bir həftə davam etdi. Ayın 17-si özümü çox halsız hiss etdim. Yataqdan qalxa bilmirdim. Bu xəstəlik bəzən o qədər bərbad durum yaradır ki, insanı daxildən məhv edir. Lion şəhərindən dostlarım zəng etdilər ki, mütləq təcili yardım çağır. Etiraf etməliyəm ki, Fransa xəstəliyə çox naşı yaxalandı. Nə maskalar, nə əlcəklər vardı. Mən də məcbur olub, dedim ki, qızdırmam 40 dərəcəyə çatır, tez gəlin. Ölümün yaxasından qurtulmağım da şans məsələsi idi.

59 yaşım var. Bu təhlükə mənim üçün də aktual idi. Xüsusən də simtomların çoxu özünü göstərmirdi. Amma sağ olsunlar ki, halımın pis olduğunu görüb, məni Kolmar xəstəxanasına apardılar. Orada oksigen aparatına bağlayıb yatırdıblar. Məhz bu prosedurdan sonra koronavirusun ən yaxşı müalicə olunduğu Strazburq xəstəxanasına çatdırıblar. Xəstəlik məni daxilən çökdürüb sən demə. Ciyərlərim qanla dolub. Qan qalıb sərtləşdikcə, insan boğulub ölür. Məni bundan qurtarıblar. 15 gün sonra komadan ayıldıb, görüblər ki, ağlım başlımda deyil, yenə bir həftə yatırdıblar. Yenidən oyadanda, bütün suallara məntiqli və doğru cavablar vermişəm.Sonra yaşadığım Müluz şəhərinin xəstəxanasına gətiriblər.

Strazburq şəhərində tam müalicə olunub sağaldım. Amma bu müddətdə 120 kq-dan 90-kq qədər arıqladım. İtirdiyim yalnız piy qatı deyildi. Əzələlərim də yunşalmışdı. Müluz xəstəxanasına çatdırılanda gəzə bilmirdim. Odur ki, fizioterapiya almaq mütləq idi. Təsəvvür edin ki, körpə kimi gəzməyi də yenidən öyrəndim.

Xəstəxanaya çatan kimi məni test etdilər. COVİD-19 pozitiv çıxdı. Həmçinin bildirdilər ki, virus bəzi hallarda xarici simptomlar olmadan, təkcə halsızlıqla da müşaiyət olunur.

Fransada yeni virus fərziyələri yayılan kimi maşkadan istifadə etməyə başladım. Hətta küçədə insanlar mənə marslı kimi baxıb təəccüblənirdilər. Özüm tək yaşayıram. Mən oğlumun evinə gedəndə gəlinimdən yoluxmuşam. Şükür ki, o gənc olduğu üçün çox yüngül keçirdi. Yaxşı ki, elə mən də xəstə olduğumun fərqinə varıb özümü təcrid etdim ki, heç kimi yoluxdurmayım.

OXŞAR XƏBƏRLƏR