Hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
SAĞLAMLIQ
10:34 12.02.2026
735
Hidronefroz böyrəklərdə sidiyin yığılıb qalması nəticəsində böyrəyin piylənməsi və sidik yollarının genişlənməsi ilə xarakterizə olunan bir vəziyyətdir.
 
AZXEBER.COM xəbər verir ki, normalda sidik böyrəklərdən sidik axarına (ureter) və oradan sidik kisəsinə axır. Əgər sidiyin axmasına hər hansı maneə yaranarsa (daş, daralma, sidik yolunun anadangəlmə qüsuru və s.), sidik böyrəkdə yığılır və böyrək toxumasına təzyiq edərək onun zədələnməsinə səbəb olur. Hidronefroz müalicə olunmasa, böyrək toxuması zədələnə bilər və nəticədə xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Erkən diaqnoz və vaxtında müalicə çox önəmlidir.

Hidronefroz diaqnozu USM (ultrasəs müayinəsi), KT (kompüter tomoqrafiyası) və ya MRT uroqrafiya, İVP (intravenoz pieloqrafiya), sidik analizi və qan testləri əsasında qoyulur. USM böyrəkdə maye yığılmasını, böyrəyin piylənməsi və ya genişlənməsi göstərir, KT və ya MRT sidik yolunda maneənin səbəbini aşkar edir, İVP (intravenoz pieloqrafiya) kontrast maddə ilə böyrəklərin işləmə vəziyyətini qiymətləndirir, sidik analizi və qan testləri isə böyrəyin funksional vəziyyətini göstərir. 

Müayinə və müalicə uroloq və nefroloq tərəfindən aparılır. Müalicə üsulu hidronefrozu yaradan səbəbdən asılı olaraq dəyişir. Əgər daş səbəbindən yaranıbsa, daşın çıxarılması üçün cərrahi əməliyyat üsulu seçilir. Sidiyin müvəqqəti çıxarılması üçün böyrəkdə drenaj borusunun (stent) qoyulması da müalicə metodlarından biridir.  

Sadalanan bütün müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur. 

Məlumat üçün bildirək ki, hidronefrozun əlamətləri yan və ya bel nahiyəsində ağrı (xüsusilə birtərəfli), sidik ifrazında çətinlik, sidikdə qan (hematuriya),  tez-tez sidiyə getmə və ya sidik qaçırma, ürəkbulanma, qusma, uşaqlarda qarın boşluğunda şişlik hiss olunması, irəliləmiş mərhələdə isə yüksək təzyiq, böyrək funksiyasının zəifləməsidir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
09:31 08.11.2026
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
09:20 08.11.2026
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
09:12 08.11.2026
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
09:03 08.11.2026
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08:52 08.11.2026
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
08:43 08.11.2026
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
08:34 08.11.2026
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
08:25 08.11.2026
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
08:18 08.11.2026
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
08:12 08.11.2026
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
08:01 08.11.2026
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
07:54 08.11.2026
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
07:45 08.11.2026
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
07:00 08.11.2026
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
06:48 08.11.2026
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
06:36 08.11.2026
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub