Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb

SAĞLAMLIQ
11:53 26.10.2026
106
Dəri xərçənginin təhlükəli növlərindən olan melanomanın müalicəsində mühüm irəliləyiş əldə edilib. Fərdiləşdirilmiş mRNA peyvəndi klinik sınaqların üçüncü mərhələsində xəstəliyin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Moderna və Merck şirkətlərinin hazırladığı peyvənd əməliyyatdan sonra melanomanın yenidən yaranmasının qarşısını almaq üçün nəzərdə tutulub. Müalicə xəstənin öz şişinin xüsusiyyətlərinə uyğun hazırlanır və immun sisteminə xərçəng hüceyrələrini tanıyaraq onlara hücum etməyə kömək edir.

Dünya üzrə 157 mərkəzdə 1100-dən çox xəstənin iştirak etdiyi sınaqlarda peyvəndin Keytruda adlı immunoterapiya preparatı ilə birlikdə istifadəsi araşdırılıb. Müalicəyə başladıqdan altı ay sonra xərçəngsiz qalan xəstələrdə riskin azalması 58 faizə çatıb.

Tədqiqatın nəticələri 2026-cı ildə Avropa Tibbi Onkologiya Cəmiyyətinin konqresində təqdim olunub. Mütəxəssislər bu yanaşmanın gələcəkdə digər xərçəng növlərinin müalicəsində də istifadə oluna biləcəyini düşünürlər.

Peyvənd hələ Avstraliya və ABŞ-da xəstələr üçün əlçatan deyil. Müalicənin geniş istifadəyə verilməsi üçün tənzimləyici qiymətləndirmə prosesi davam edir.

Qeyd edək ki, fərdiləşdirilmiş mRNA peyvəndləri xərçəngin qarşısının alınması üçün deyil, mövcud xəstəliyin müalicəsinə və təkrarlanma riskinin azaldılmasına yönəlib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026