Bu virusu ilk dəfə insanda aşkarlandı - Ölümlə nəticələndi

Bu virusu ilk dəfə insanda aşkarlandı - Ölümlə nəticələndi
SAĞLAMLIQ
00:24 25.10.2026
157
Fransada normalda yalnız heyvanlarda müşahidə olunan "Şamonda” virusu ilk dəfə insanda təsbit edilib.

Bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Lion şəhərində oktyabrın əvvəlində dünyasını dəyişən xəstənin virusu ağcaqanad sancması vasitəsilə ümumi immuniteti zəif olduğu halda yoluxduğu bildirilib.

Nazirlik bu hadisənin istisna olduğunu və ictimaiyyət üçün təhlükə yaratmadığını vurğulayıb.

Qeyd edək ki, "Şamonda” əsasən iribuynuzlu heyvanlarda və atlarda yayılıb.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR