Bu bitki sümükləri gücləndirir və sınıq riskini azaldır

Bu bitki sümükləri gücləndirir və sınıq riskini azaldır
SAĞLAMLIQ
01:56 24.10.2026
150
Həkimlər yaşlı insanlarda sümük sağlamlığının qorunmasına və sınıq riskinin azaldılmasına kömək edə bilən məhsullardan biri kimi cəfərinin adını çəkiblər.

"Lenta.ru” bu barədə "Rusiya 1” telekanalında yayımlanan "O samom glavnom” proqramına istinadən məlumat yayıb.

Reabilitoloq və teleaparıcı Sergey Aqapkinlə dietoloq Nuriya Dianova cəfərinin faydalarını müzakirə ediblər. Dianovanın sözlərinə görə, bu göyərti K vitamini ilə zəngindir və həmin vitamin sümük sağlamlığının qorunmasında mühüm rol oynayır.

Aqapkin isə cəfərinin müntəzəm qəbulunun yaşlı insanlarda sümük sınıqları riskinin azalmasına kömək edə biləcəyini bildirib.

Qeyd edək ki, sümük sağlamlığı yalnız bir məhsuldan asılı deyil. Kifayət qədər kalsium və D vitamini qəbulu, fiziki aktivlik və balanslı qidalanma da sümüklərin möhkəmliyinin qorunması üçün əhəmiyyətlidir.

///crossmedia///
OXŞAR XƏBƏRLƏR