Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz

Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
SOSİAL
11:01 26.10.2026
200
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur".
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycan təhsili ilə bağlı açıqlamasına sərt münasibət bildirib:

"Bu açıqlama Azərbaycanın daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə cəhdidir. Azərbaycanın daxili işlərinə müdaxiləyə yol verilmir və bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır.

İran rəsmilərinə tövsiyə olunur ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemlərinə diqqət yetirsinlər.

İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan məktəbin olmadığı, ali təhsil müəssisələrində də Azərbaycan dilində təhsilin həyata keçirilmədiyi bildirilir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir ana dilində təhsil hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri, eləcə də bu mövzuda açıqlamalar verən digər şəxslər başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, İranda Azərbaycan dilində təhsil məsələsinə diqqət yetirməli və uzun illərdir davam edən bu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməlidirlər".
OXŞAR XƏBƏRLƏR