“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB

“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
SOSİAL
11:54 26.10.2026
99
Xəbər verdiyimiz kimi, Bakı Ekspo Mərkəzində keçirilən kitab sərgisini ziyarət edən bir qadın sosial şəbəkə hesabında paylaşım edərək avtomobil dayanacağı üçün ödəniş tələb olunmasından narazılığını bildirib.

Vətəndaş qeyd edib ki, bazar günləri parklanmanın ödənişsiz olmasına baxmayaraq, Bakı Ekspo Mərkəzinin ərazisində avtomobilini bir saatdan az müddətə saxladığı üçün ondan 2 manat ödəniş tələb edilib.

Məsələ ilə bağlı AzParking-ə sorğu ünvanladıq.

Qurumdan AZXEBER.COM-a bildirilib ki, Bakı Ekspo Mərkəzinin ərazisindəki parklanma tariflərini mərkəzin özü müəyyən edir:

"Yerüstü küçə parklanması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunur. Bu parklanma yerləri dövlət parklanması hesab olunur və tariflər Nazirlər Kabineti tərəfindən müəyyən edilir. AzParking isə burada yalnız mobil tətbiq vasitəsilə müasir ödəniş imkanları təqdim edən xidmət rolunu oynayır. Digər bölmədə qeyd olunan parklanma yerləri isə müvafiq ərazilərin öz səlahiyyətlərinə aid olan parklanma sahələridir. Məsələn, Bakı Ekspo Mərkəzinin ərazisindəki parklanma tariflərini mərkəzin özü müəyyən edir. Bu tariflər həmin ərazinin daxili qaydalarına uyğun tənzimlənir”.

AzParking-dən bildirilib ki, parklanma yerlərinin təşkilinin qurum tərəfindən həyata keçirildiyini demək düzgün deyil:

"Buna görə də parklanma yerlərinin təşkilinin AzParking tərəfindən həyata keçirildiyini demək düzgün deyil. AzParking yalnız mobil tətbiq vasitəsilə ödəniş imkanları təqdim edir. Küçə parklanması isə AYNA tərəfindən təşkil olunur və qanunvericiliyin 53-cü maddəsi ilə tənzimlənir”.

Qurum bazar günləri küçə parklanmasının ödənişsiz olduğunu xatırladıb:

"Qanunvericiliyə əsasən, küçə parklanmasında bazar günləri ödəniş tələb olunmur. Həmçinin, saat 22:00-dan səhər saat 07:00-dək parklanma ödənişsizdir. İlk 15 dəqiqə ərzində də ödəniş tələb edilmir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT