“30 yaşlı körpə” - ŞOK VIDEO

MARAQLI
13:23 03.12.2011
2669
Braziliyada dünya ictimaiyyətinin heyrətinə səbəb ola biləcək fakt aşkarlanıb. ANS PRESS-in məlumatına görə, 30 yaşlı qadının orqanizmi bir yaşlı uşağın orqanizmi səviyyəsindədir.1981-ci ilin mayın 7-də doğulan Mariya Audete du Naskimentu zahiri görünüşünə görə bir yaşlı uşağa çox oxşayır. Mariya doğma anası öldükdən sonra 13 ildir ki, ögey valideynlərinin himayəsi altında yaşayır. “30 yaşlı körpə” danışa bilməsə də ehtiyaclarını müstəqil şəkildə ödəyir.Alimlər isə Mariyanın qalxanabənzər vəzinin funksiyanın pozulması nəticəsində fiziki və intellektual inkişafdan qaldığını bildirirlər. Onlar Mariyanı qismən müalicə etməyin mümkün ola biləcəyini qeyd edirlər. “30 yaşlı körpə” dövlət hesabına müalicə alacaq.

OXŞAR XƏBƏRLƏR