"300 min ver, əmanətini qaytaraq"- Polkovnikdən biznesmenə

"300 min ver, əmanətini qaytaraq"- Polkovnikdən biznesmenə
SOSİAL
16:59 24.01.2017
2477

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə aparılan istintaq zamanı "Texnikabank" epizodu ilə bağlı 10-Hazırda məhkəmə prosesi davam edən polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkənlərdən biri də biznesmen Mehrac Qurbanov olub. 

İttihama görə, M.Qurbanov 2007-ci ildə "Texnikabank"a 623 min avro əmanət qoyub, 2008-ci ildə isə buna görə MTN-ə çağırılıb. Orada Vüsal Ələkbərov ona "banka qoyduğun puldan imtina etməlisən, yoxsa başına oyun açacağıq, səni tutacağıq" deyib. M.Qurbanov bu şərtlə razılaşmayanda V.Ələkbərov yeni təklif irəli sürüb. Ona deyib ki, 300 min dollar verərsə, əmanətini qaytarmağa kömək edərlər. Pul verməzsə, rəhbərliyin tapşırığı ilə onu həbs edəcəklərini bildirib. Bundan sonra M.Qurbanov general Mövlam Şıxəliyevin qəbuluna aparılır. M.Şıxəliyev də ona "Vüsal Ələkbərovun dediyini etsən, sənə pulunu qaytarmağa kömək edəcəyik" deyərək onunla acıqlı danışıb. Həbs edilməkdən qorxan M.Qurbanov V.Ələkbərovu 200 min dollar verməyə razı sala bilib. Vüsal isə "pul sabah çatmalıdır" deyərək onu sərbəst buraxıb. 

M.Qurbanov birbaşa Şirvan şəhərinə gedərək öz fermasından 30 qoyunu tanışı İsmayıl Əhmədova 3600 manata satıb, qardaşları Hüseyndən 10 min, Heydərdən 15 min, bibisi oğlu Kərimdən 20 min, tanışı Səmədağadan 50 min borc alıb, özündə də 50 min manat olub. Bu yolla 200 min dollar toplayaraq sarı rəngli torbaya qoyub və Vüsala zəng edib, onun tələbi ilə pulları MTN-ə aparıb və V.Ələkbərovun otağında onun özünə verib. Həmin vaxt MTN zabitindən banka qoyduğu əmanətin nə vaxt qaytarılacağını soruşduqda telefonla ona cavab veriləcəyi cavabını alıb. Təxminən 2 həftə sonra dəfələrlə Vüsal Ələkbərova zəng etsə də, zəngləri cavabsız qalıb. O da borc aldığı şəxslərə pulu nəyə görə aldığını və başına gələnləri danışıb. 

M.Qurbanov bildirib ki, bacanağı Elşən Mədətovu da Vüsal Ələkbərov MTN-ə çağıraraq 250 min dollar alıb. Bundan sonra E.Mədətov infarkt keçirib. 

Cinayət işinin materiallarında M.Qurbanov ilə V.Ələkbərov arasında bir neçə dəfə telefon danışıqlarının olması mötəbər sübut kimi qiymətləndirilib.


///qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
21:23 12.03.2025
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
21:19 12.03.2025
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
Bakıda sürücünü yolda döyənlər həbs edildi
21:04 12.03.2025
Bakıda sürücünü yolda döyənlər həbs edildi