Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “Meridian” otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün aprelin 11-dən iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaq: “Bu səbəbdən sürücülərdən Kiçik Qala küçəsindən istifadə etməyi xahiş edirik. İçərişəhərin sakinlərindən və qonaqlardan müvəqqəti narahatlığa görə üzr istəyirik”.