İlhamla Fərizənin böyük məhəbbətinə

KÖŞƏ
15:37 19.01.2011
2262

 

İçərkən zəhər də şirin gəlirdi
İlhamın yanına o tələsirdi
Nə acı, nə ağrı hiss etməyirdi
Yolunun sonunda işıq görürdü.

Daim əsərlərdə sevgi görürdük
Həyatda onları yaşamamışdıq.
Ölümsüz sevgini biz sizdə gördük
Onları həmişə nağıl bilmişdik.

Təzəcə evlənmiş o iki gəncin
Ölən gün sevgisi tarixə düşdü.
Bu sevgi o gündən eşidənlərin
Qəlbində böyüyən dastana döndü.

Sevgiylə doluydu sizin qəlbiniz
Sevginiz dillərdə yaşayacaqdır.
Tarixə düşübdür sizin eşqiniz
Əbədi qəlblərdə var olacaqdır.

Məzarın önündə gəlib duranda
İnsan fikirləşir xəyala dalır.
Pis olur arzular yarım qalanda
Sizinsə arzunuz sizinlə yatır.

Lakin bunu bilin biz heç bir zaman
Sizi unudulmağa qoymayacağıq.
Sevgiylə yaşayan, sevgiylə dolan
Sevən ürəklərdə yaşadacağıq.


30 yanvar 2010 Elmir Murquzov

 

OXŞAR XƏBƏRLƏR