İTV-nin Yayım Şurasının üzvləri dəyişir

MARAQLI
11:26 17.03.2011
1864
Milli Məclisin mətbuat katibi Akif Nəsirov Lent.az-a bildirib ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Birinci məsələ İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibinin dəyişməsi haqqında məsələdir. 

Akif Nəsirov deyib ki, parlamentin sabahkı iclasında bəzi qanunlara əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunların arasında “Dövlət rüsumu haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Əmək pensiyası haqında” qanun layihələri də var.

OXŞAR XƏBƏRLƏR