32 yaşlı kişi qadınların diqqətini cəlb etmək üçün bu yola əl atdı - FOTOLAR
DÜNYA
11:46 07.01.2013
4126
Hindistanda 32 yaşlı bir kişi qadınların diqqətini cəlb etmək üçün qeyri-adi bir yola əl atıb.AZXEBER.COM-un məlumatına görə, Datta Fuqe adlı şəxs qızıldan özünə köynək hazırladıb. Köynək 24 əyarlı qızıldandır. Birja işçisi olan Fuqanın köynəyinin ərsəyə gəlməsinə iki həftə vaxt sərf edilib. Onun üzərində isə 15 nəfər çalışıb.Qadınların diqqətini cəlb etmək üçün hazırlanan köynəyin çəkisi 3,2 kq, qiyməti isə 14 min funt sterlinqdir (təqribən 18 min manat). Köynəkdən artıq qalan qızıldan isə qol düyməsi, kəmərə bilərzik hazırladıb.İndi hindli kişi bu köynək sayəsində qadınlarla olan şansının açılacağını düşünür. "Heç bir qadın belə köynəyi olan insanı rədd edə bilməz".