O, 21 ildir ki, kresloların içindəki süngərləri yeyir. Floridada yaşayan Adele keçən il yeddi kreslo yediyini etiraf edib: “Kresloların döşəklərin açıram və içindəki süngəri yeməyə başlayıram. Yeməyə başlayanda dayana bilmirəm. Həkimlər belə davam edərsə asılılığın məni öldürəcəyini söyləyirlər”.
Adelenin sözlərinə görə, o bu dadla 10 yaşında tanış olub və xoşuna gəlib. O gündən özünü kresloların süngərini yeməkdən saxlaya bilməyib. O, hər gün 15 dəfə süngər yemək tələbatı duyduğunu deyir. Adele təkcə süngəri yeməklə kifayətlənmir, daha dadlı olması üçün onu palçıqla qarışdırır.
Həkimlərin fikrincə bu narahatlıq orqanizmdə dəmir çatışmazlığından qaynaqlanır. Onların sözlərinə görə, vərdişini tərgitməsə Adelenin bağırsaqları partlaya bilər.
Qeyd edək ki, bu kimi narahatlıqlar əsasən lazımi qidanı qəbul etməyən uşaqlar və hamilə qadınlarda rast gəlinir. Belə olanda xəstənin təbaşir,batareya hətta, palçıq kimi maddələrə tələbatı yaranır.