Görüşü izləyən “Qarabağ”ın azarkeşlərindən biri qəfil dünyasını dəyişib. Suraxanı qəsəbə stadionunda keçinən azakeşin 55-60 yaşlı kişi olduğu bildirilir. Hələlik onun şəxsiyyəti müəyyən olunmayıb. Bu dəqiqələrə qədər mərhumun meyiti stadionda idi. Hadisə yerində ilkin araşdırmalardan sonra meyit stadiondan çıxarılacaq.
Qeyd edək ki, Ağdam klubunun fanatı oyunun ikinci hissəsinin əvvəlində keçinib. Həmin vaxt “Qarabağ” 0:2 hesabı ilə “Bakı”ya uduzurmuş. Ehtimal olunur ki, sevimli komandasının gözlənilməz məğlubiyyəti azarkeşin ürəyinin dayanmasına gətirib çıxarıb.
mənbə: futbol365.az