Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb. AZXEBER.COM xəbər verir ki, o, 3-cü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gəlib. Bununla da komandamız qitə birinciliyində ikinci medalını qazanıb. Daha əvvəl Əhməd Yusifov bürünc medal qazanmışdı.