Çeçenistan lideri Ramzan Kadırova daha bir medal verilib.
AZXEBER.COM "Unikal"-a istinadən xəbər verir ki, bu dəfə o, Rusiya Təbii Sərvətlər Nazirliyinin "Yardıma görə" medalı ilə təltif olunub. Baş nazirin müavini Dmitri Patruşev mükafatı Çeçenistan rəhbərinə təqdim edib.
Təkcə son bir ay ərzində Kadırov "Rusiyanın Fəxri Memarı" və "Fəxri Dəmiryolçu" nişanlarını, eləcə də 1-ci dərəcəli Kilsə Şöhrət və Şərəf Ordenini alıb.











































