Fransanın şərqində yerləşən Besanson şəhərində zərgərlik fabrikinə silahlı basqın edilib. Nəticədə 50 kiloqramadək qızıl və zərgərlik məmulatları oğurlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Franceinfo” radiostansiyası məlumat yayıb.
Məlumata görə, noyabrın 3-də səhər saatlarında beş silahlı şəxs fabrikə daxil olaraq qiymətli əşyaları ələ keçirib və hadisə yerindən qaçıb.
Polis daha sonra cinayətkarların qaçmaq üçün istifadə etdikləri yanmış avtomobili aşkarlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.











































