"Terrorizmi dəstəkləməyən hökumət qurmağa çalışırıq” - Netanyahu

"Terrorizmi dəstəkləməyən hökumət qurmağa çalışırıq” - Netanyahu
DÜNYA
00:40 04.11.2026
119
İsrailin Baş naziri Benyamin Netanyahu tərəfdaşları ilə yanaşı, terrorizmi dəstəkləməyən və hökumətə qoşulmaq istəyən istənilən siyasi partiya ilə geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib.

AZXEBER.COM xitab24.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mövcud tərəfdaşlarımızla və terrorizmi dəstəkləməyən, bu təşəbbüsə qoşulmaq istəyən istənilən partiya ilə geniş tərkibli hökumət qurmağa çalışırıq. Mən dialoqa açığam”, – Netanyahu bildirib.

Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra heç bir siyasi blok Knessetdə hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilməyib.

OXŞAR XƏBƏRLƏR