"Türkiyədəki bəzi sosial media hesablarında ATV telekanalının 2023-cü ilə aid köhnə xəbər süjeti tamamilə fərqli və təhrif olunmuş formada yeni reportaj kimi təqdim edilib”.
AZXEBER.COM xəbər verir ki, bu haqda Azad Azərbaycan” Müstəqil Teleradio Yayım Şirkəti məlumat yayıb.
Bununla yanaşı, "Azad Azərbaycan” Müstəqil Teleradio Yayım Şirkətinə məxsus özəl televiziya kanalı məqsədli şəkildə "dövlət kanalı” kimi qələmə verilib.
Telekanal bildirib ki, sözügedən süjetin məzmunu təhrif olunub və onun təqdimatında səsləndirilən iddialar həqiqəti əks etdirmir. Bu yanaşma süjetin real məzmunu barədə yanlış təsəvvür yaratmağa yönəlmiş məqsədli manipulyasiyadır.
Bir daha vurğulayırıq ki, ATV özəl televiziya kanalıdır və dövlət televiziyası deyil.
Bütün media subyektlərini və sosial şəbəkə istifadəçilərini arxiv materiallarını paylaşmazdan əvvəl onların tarixini və məzmununu diqqətlə yoxlamağa, yanlış məlumatların yayılmasına yol verməməyə çağırırıq.











































