“Şrek” cizgi filminin əsas qəhrəmanının həyatda real prototipi olub. Mauris Tillet adlı bu kişi peşəkar güləşçiymiş. 1903-cü ildə Fransada anadan olan Mauris Tillet güləşçi olmaqla yanaşı, həm də zəkalı bir insan olub. Belə ki, o, şeir yazıb, 14 xarici dil bilib.
O, 20 yaşında "akromelaqiya" adlı xəstəliyə yoluxub. Bu xəstəliyin ən əsas göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir.
Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.
{jcomments off}