Ələsgər Məmmədli: "Bu faktlar göz önündə ola-ola biz necə deyək ki, beynəlxalq təşkilatlar qərəzlidir?" (EKSKLÜZİV)
MARAQLI
12:48 05.05.2011
2155
Onun sözlərinə görə, son illər Azərbaycanda qanunvericiliyə kifayət qədər məhdudlaşdırıcı normalar əlavə olunur: “ Azərbaycanda jurnalistlər həbsə atılır, çox sayda jurnalist kütləvi tədbirlərdə fiziki zorakılığa məruz qalır, oğurlanır, döyülür, təhdid olunur. Bütün bunları nəzərə alsaq “Freedom House”-un hesabatı realdır. 2004-cü ildə jurnalistlərin məhkəmələrə çəkilmə sayı 25 idisə, 2008-ci ildə bu rəqəm 102 olub. Belə sürətli artım varsa deməli prosesdə problem var. Bu onu göstərir ki, dövlət idarəetməsi mediaya dözümsüz yanaşır. Bütün bu məsələləri nəzərə alsaq, dünyadakı mövcud azadlıq indeksində Azərbaycanın mənfi imici pozitivləri üstələyir”.
“Freedom House”-u qərəzli adlandıranlar əvvəl daxildəki problemləri həll edib sonra başqalarının fikrinə münasibət bildirməlidir. Bizim heç bir jurnalistimiz həbsdə deyilmi? Heç bir jurnalist döyülub oğurlanmırmı? Jurnalistlər narkotika iddiası ilə tutulmurmu? Xulianlıqdan iş açılmırmı? Bu faktlar göz önündə ola-ola biz necə deyək ki, beynəlxalq təşkilatlar qərəzlidir? Əgər Azərbaycan mediada söz azadlığı sahəsində süddən çıxmış ağ qaşıq olsa digər təşkilatlar da onu qara görməzlər.
Ə.Məmmədlinin sözlərinə görə, “Freedom house” Azərbaycanla bağlı hesabatı kimi Ermənistanla bağlı hesabatına da tənqidi yanaşıb. Lakin Azərbaycanla bağlı hesabatı qərəzli adlandıranların Ermənistanla bağlı olanı obyektiv hesab edirlər: “Təşkilat obyektivdirsə hamıya qarşı elədir, qərəzlidirsə hamıya qarşı qərəzlidir. Bir təşkilatın fəaliyyətinə sərf edəndə obyektiv, etməyəndə qərəzli deyirlərsə bu özü ikili yanaşmadır”.