4 ayda 7 uşağa təcavüz etdi

KRİMİNAL
14:41 20.11.2013
3586

2006-cı ildə uşaq pornosuna görə həbsə girib çıxan, 2010-cu ildə 3 uşağa təcavüz edən, 20-yə qədər uşağa təcavüz etdiyinə görə yenidən həbs olunan Cüneyt Kurtoğlu eyni səhvi yenidən təkrarlayıb.

Belə ki, 4 aydır mühakimə olunan Kurtoğlu bu müddətdə daha 7 uşağa təcavüz edib və 3-cü dəfə həbsə olunub.

Cüneyt Kurtoğlu (33) ilk dəfə 2006-cı ildə təşkil edilən uşaq pornosu əməliyyatında nəzarətə aparılıb. O, 5.5 ay həbsxanada qalandan sonra 25 yanvar 2007-ci ildə məhkəmə nəzarəti şərti altında azad edilib.

2010-cu ildə internet üzərindən uşaq pornosu paylaşan, təcavüz və təcavüz etdikləri uşaqların görüntülərini yayımlayan saytları yaxalama əməliyyatında tutulan 180 adamdan biri yenə o idi. 20-yə qədər uşağa təcavüz edən Kurtoğlu ikinci dəfə həbs olunub.

Qərar ləğv edildi

Mühakimə olunduğu iddialardan birində 27 ilə qədər həbs cəzası alıb. Kurtoğlu qərarı şikayət edib. Şahidlər tam dindirilmədiyi üçün qərar ləğv edilib. Kurtoğlu 2013-cü ilin iyulunda yenidən azadlığa çıxıb.

3-cü dəfə həbsdə

İddiaya görə, 2.5 il qaldığı həbsxanadan çıxan Cüneyt Kurtoğlu internet üzərindən və məktəblərə gedərək müxtəlif hədiyyələrlə aldatdığı qızları evinə dəvət edib. Kurtoğlu bu üsulla evinə apardığı 7 qız uşağına təcavüz edib. 12 yaşlı bir qızın ağlayaraq evinə gedib vəziyyəti ailəsinə danışmasından sonra hadisə ortaya çıxıb. Kurtoğlu isə noyabrın 7-də yenidən həbs olunub.(publika.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb