Azərbaycan şou-biznesində qalmaqallardan uzaq gəzib-dolaşmağa çalışan müğənni Zamiq Hüseynov cadunun qurbanı olmaqdan canını xilas edib. Daha doğrusu, bu işdə ona öncəgörücü Yeganə Zeynalova kömək edib."Necə?" sualını verməyə tələsməyin, bu barədə baxıcı özü sizi məlumatlandırır: “Ötən gün yanıma bir xanım gəldi. Adını deməyəcəyəm, dediyinə görə, 48 yaşı var. Subay olduğunu söylədi və məndən israrla bir şey xahiş etdi: "Nə qədər pul lazımdır, verim, elə cadu edin ki, mən müğənni Zamiqin həyat yoldaşı olum". Bu sözləri onun dilindən eşidəndə, əlbəttə ki, təəccübləndim. Və ona izah etməyə çalışdım ki, mən cadu etmirəm.Pərişan olduğunu hiss etdirib, çıxıb getdi. Bu faktı ona görə dilimə gətirirəm ki, bu kimi insanlar mənə müraciət etməsinlər.Mən edilən caduları təmizləməyə çalışıram. Bir də sehrli gücün xoşbəxtliyinə aldanan insanlara demək istəyirəm ki, bunlar hamısı müvəqqətidir. Allah özü insana xoş tale yazır".
//Milli.az